Klassisizm

Yeni dövrdə bədii mədəniyyətin inkişafı və rasionalizm fəlsəfəsi təliminin yaranması klassisizm cərəyanının təşəkkülünün əsas səbəbi oldu. Bu təlimin banilərindən biri olan Rene Dekart insan ağlına yüksək qiymət verərək onu yeganə idrak vasitəsi hesab edir. «Düşünürəmsə, demək varam» deyən filosof düşünmək qabiliyyəti vasitəsilə insanın ucaldığını söyləyirdi. Məhz bu təsəvvürlər incəsənətdə yeni üslubun – klassisizmin formalaşmasına gətirib çəxardı. Üslub sistemi baxımından klassisizm barokkoya nisbətən daha bitkin, zərif, mükəmməl və ciddidir.

Latınca «klassisus» — nümunəvi sözündən olan klassisizm doğrudan da klassikaya əsaslanaraq bədii və mənəvi ideala çevrilən mükəmməl sənət əsərləri yaradır. Bu üslubun yaradıcıları hesab edirdi ki, obyektiv olaraq mövcud olan gözəllik qanunları da ağılın köməyilə dərk edilir, incəsənətin məqsədi – insanın və dünyanın məhz bu qanunlar üzrə dəyişdirilməsi, idealın real məkanda həyata keçirilməsidir.


Ardı →

İntibah (Renessans)

«İntibah» — adlandırılan dövrü «Renessans» kimi də qeyd etmək məntiqə müvafiqdir. Fransızca eyni mənanı bildirən bu anlayışın beşiyi tarixən İtaliya olmuşdur. İntibah incəsənəti humanizm prinsipləri əsasında (latın sözü olan humanus – «insani» deməkdir) təşəkkül tapmışdır. Bu ideyalar XIV əsrdə təşəkkül taparaq XVXVI əsrin II yarısı ərzində digər Avropa ölkələrində vüsət tapdı. Humanistlər hesab edirdilər ki, hər bir kəs şəxsiyyət kimi inkişaf etmək azadlığına malikdir. Bu inkişafı isə o, öz qabiliyyətləri hesabına aparır. Daha çox incəsənətdə parlaq və tam təcəssüm tapan humanizm ideyalarının əsas mövzusu mənəvi və yaradıcı imkanları ilə zəngin olan harmonik inkişaf etmiş insan obrazı idi.

Renessans sənətkarlarının universallığı onların memarlıq, heykəltəraşlıq, rəngkarlıqla məşğul olması, öz sənətlərini təkmilləşdirmək üçün ədəbiyyat, poeziya, fəlsəfə, habelə dəqiq elmlərin öyrənilməsi ilə əlaqədardır. İntibah incəsənətində dünya və insan haqqında biliklərin elmi və bədii qovuşuğu başlıca əlamət kimi özünü göstərirdi.


Ardı →

Qədim İran memarlığı

Mesopotamiyadan şərqdəki vadilərdə və dağlardakı yaylalarda fars tayfaları köçəri həyat sürürdülər. E.ə. zərdüştlük Əhəmənilərin rəsmi dini oldu. I Dara Bisütun qayası üzərində ən məşhur kitabə həkk etdirmişdir. Pasarqad şəhərinin ətrafında böyük qülləli bina və onun ətrafında ibadət üçün binalar tikilmişdi. Farslar bu sahəni Təxti-Süleyman adlandırırdılar. Persepol xarabalıqlarına orta əsrlərdə Təxti- Cəmşid deyirdilər.
Əhəmənilər dövründə Farsın yaşayış memarlığı lokal xarakter daşıyır. Farslılar Qədim Babilistanın və Asiriyanın mistik dinini qəbul etmədilər. Onlar atəşpərəst idilər və şərəfinə qurbangah və məbəd tikdirdikləri işığı ilahiləşdirirdilər.  Imperiya güc üzərində dayanırdı və tabe edilmiş xalqların, onların ənənələrinə, ibadətlərinə, sosial quruluşuna toxunmadan planlı qarət edilməsi hesabına çiçəklənirdi. B.e.əv. 331-ci ildə gənc makedoniya şahı İskəndər Misiri zəbt etdikdən sonra, böyük Fars şahlığı Makedoniyalı İskəndərin imperiyasının bir hissəsi olur.
Ardı →

Misir memarlığı

Qədim Misir Şimali-Şərqi Afrikada Nil çayının vadisində və deltasında yerləşirdi. Qədim Misirin ən qədim və möhtəşəm memarlıq abidələri ehramlar idi. Ehramlar dünyanın 7 möcüzəsindən biridir. Qədim Misir Yer kürəsində ilk dövlət, dünya ağalığına iddia edən ilk qüdrətli imperiya olmuşdur. Bu dövlət xalqını tam itaətə gətirmiş güclü dövlət idi. Misir ali hakimiyyətinin əsas prinsipləri sarsılmazlığı və ağlasığmazlığı ilə seçilmişdir.
Misirin b.e.əvvəl XXVIII-I əsr memarlığında aşağıdakı əsas mərhələləri ayırmaq qəbul edilib; sülaləyə qədərki dövr (b.e.əvvəl IV minillik); Qədim şahlıq (b.e.əvvəl XXX-XXIII əsrlər); Orta şahlıq (b.e.əvvəl XXI-XVIII əsrlər); Yeni şahlıq (b.e.əvvəl XVI-XI əsrlər); Son dövrlər (XI əsr – b.e.əvvəl 332 il).
Ardı →

Memarlıq

Memarlıq — incəsənətin müxtəliv növləri arasında (heykəltaraşlıq, rəssamlıq, qrafika, dekorativ-tətbiqi insənət və d.) onlardan ən vacibi sayılır. Tarixin təsdiq etdiyi kimi, incəsənətin bütün növlərinin bir vaxtda çiçəkləndiyi zaman mədəniyyətin ən yüksək və harmonik inkişaf dövrü başlayır. İncəsənətin bir növü kimi memarlıq – eyni zamanda maddi mədəniyyətin formalarından biridir, belə ki, o daima insanla və onun təlabatları ilə, həmçinin elm və texnikanın nailiyyətlərinin istifadəsilə bağlıdır.
“Davamlılıq, fayda, gözəllik” – bu b.e.ə. I əsrdə alim və memar Vitruvinin formalaşdırdığı klassik triada, bütün dövr və xalqların memarlığının qısa formulasıdır.
Memarlıq – bu, insanın şəxsi və ictimai həyat və fəaliyyətində maddi və mənəvi tələbatlatların hər vasitə ilə təmin edilməsinə istiqamətlənmiş inşaat incəsənətidir. “İkinci təbiət” olaraq, məkanı formalaşdıraraq memarlıq ozünün tərzi ilə daima insan kütlələrinə və tək insana təsir edir.
Ardı →

Hindistan mədəniyyəti

Dünyanın ən qədim ölkələrindən biri olan Hindistan ən qədim sivilizasiyaların önündə gedərək zəngin tarixi-mədəni irsə malikdir. Qədim sivilizasiya ərzində əldə etdiyi zəngin mədəni irs ərəb və iran xalqlarına, sonra isə Avropaya əhəmiyyətli şəkildə təsir göstərib. Qədim hind alimlərinin dünya elmində çox böyük bəşəri əhəmiyyət kəsb edən kəşf və nailiyyətləri olmuşdur. «Sıfır» anlayışı və 10-luq say sisteminin müəllifi hesab olunan hind alimləri çox da böyük olmayan xətalarla Yerin Ay və Günəşlə olan məsafəsini, Yerin radiusunu və digər astronomik, elmi kəşflər etmişlər. Artıq hind sivilizasiyası dövründə (b.e.ə. III minillikdə) onlar şəhərlərin planlaşdırılması, monumental tikililərin qurulmasında uğurlar əldə etmiş, uzunluq ölçüsü və çəki sistemindən istifadə etmişlər.
Hindistanda ilk dövlətlərin təşəkkülü, formalaşması bir sıra imperiyaların – Mauri, Quptların hökmranlığı zamanı bəşəriyyət tarixində sivilizasiyanın inkişafı ilə müşahidə edilirdi.


Ardı →

Qədim Azərbaycan mədəniyyəti

Qədim Azərbaycan mədəniyyətinin ayrı-ayrı tərkib hissələrini tədqiq edən müəlliflər (pedaqoqlar, sənətşünaslar, filoloqlar və başqaları) bu mədəniyyətin zəngin olduğunu sübut edirlər. Azərbaycanın qədim sənət tarixini öyrənən tədqiqatçılar — Kərimov K., Əfəndiyev R., Rzayev İ., Həbibov N. və b. Azərbaycan incəsənətinin dərin qatlarını tədqiq etməklə mədəniyyət tarixində xüsusi xidmət göstərmişlər. Həmin müəlliflərin «Azərbaycan incəsənəti» adlı monoqrafiyasında qeyd edilir: «Qədim Azərbaycan incəsənətinin tarixi bu ölkədə dövlətin yaranması tarixindən daha qədimdir. Müxtəlif incəsənət növləri ilə tanışlıq bizi uzaqlara, ibtidai icma quruluşunun dərinliklərinə aparıb çıxarır». Elə həmin mənbədə tədqiqatçılar qədim Azərbaycan incəsənətinin tarixi inkişaf prosesini üç dövrlə səciyyələndirirlər:
I.Alban dövründən əvvəlki incəsənət (e.ə.IV əsrə qədər);
II.Alban dövrü incəsənətinin ilk klassik mərhələsi (e.ə.IV – e-nın I əsri);
III.Alban dövrü incəsənətinin II mərhələsi (I-VII əsrlər). 


Ardı →

Orta əsrlər mədəniyyəti

1.    Orta əsrlər dövrünə aid mədəniyyətə müqəddimə
2.    Böyük Karl imperiyası
3.    Bizans
4.    Ərəb mədəniyyəti
5.    İran mədəniyyəti

Orta əsrlər ümumdünya tarixinin qədim dünya tarixindən sonraya və yeni tarixdən əvvələ təsadüf edən dövrü əhatə edir.Orta əsrlər tarixi üç inkişaf mərhələyə bölünür:
birinci- V əsrin sonu – X əsr;
ikinci – XI-XV əsrlər;
üçüncü – XVI-XVII əsrin ortaları.
Ardı →

Qədim Romanın inkişafının xarakterik cəhətləri

Qədim Roma rəvayətə əsaslanaraq b.e.ə.754\753 yaradılmışdı, sonralar Apennin yarmadasını b.e.ə. III əsrdə –  Aralıq dənizinin sahillərində dövlət və buə razı Qərb və şimali-şərq Avropanın bir hissəsi kiçik Asiya, Şimali Afrika sahilləri, Suriya, Fələstini əhatə etmişdi. Roma tarixi əsas etibarı ilə 3 mərhələyə bölünür:
  1. Çar dövrü (754\753-510-509 b.e.ə.)
  2. Respublika (510-509-30 b.e.ə.)
  3. İmperiya (30 b.e.ə  — 476.b.ə.) Bu mərhələdə üç əsas qism: prinsipat (30 – b.e.ə. – 193 b.e.) böhran (193- 284) və dominat (284-476).

İlk dövrdə əhalinin bir hissəsinin tam hüquqa malik olanlar patrisiyalılardır, əhalinin qalan hissəsi- plebey adlanırdılar. Patrisiyalılar və plebeylər arasında olan fərq və mülki və sosial qeyri- bərabərlik nəticəsində yeni forma sosial münasibətlərdə yaranmışdı – klientela. Xalq toplantıları (yıgıncaqlar) kuriya1 əsasında aparılırdı, və onlarda yalnız patrisiyalar iştirak edə bilərdilər. Rəvayətə görə ilk dəfə Romul tərəfindən senat yaradılmışdı.
Davamı →

Yunanıstan mədəniyyəti

Qədim Yunan mədəniyyətinə tədqiqatçılar xüsusi əhəmiyyət verirlər, bunun öz izahı var. Belə ki, Qədim Yunanıstanda yaranan mədəniyyət müasir dövrün sivilizasiyasının təməli olmuşdu. Bu dövrdə yaranmış və inkişaf etmiş bir sıra elmlər: riyaziyyat, hücum, təbiətşünaslıq, astronomiya və s.müasir elmdə çox hallarda ehkama çevrilmişdi. Qədim Yunan mədəniyyəti dünya sivilizasiyasının inkişafında güclü təsir göstərmişdir.
Qədim Şərq mədəniyyətləri – Mesopotamiya, Fələstin, Finikiya, Suriya, Hettlər, Elam, İran ilk sivilizasiyalarının təməlini qoymuş, sonralar sönməyə başlayaraq b.e.ə.I minillikdə zəngin Şərq mədəniyyətinin davamı Aralıq dənizinin ərazilərində yerləşən regionlarında davam etmişdi. Qeyd olunan regionda b.e.ə.VII əsrdən başlayaraq Yunanıstan mədəniyyət mərkəzinə çevrilmişdi. Yunanıstan qədim dövrlərdə yaranmış sivilizasiyalarının bir növ varisi olmuş, sonralar onu daha da zənginləşdirmişdi. Qədim yunan mədəniyyətinin yaranmasına Krit-Miken, Finikiyalılar, Misir, İran sivilizasiyalarının böyük tövhəsi olmuşdu.
Ardı →